24 iyul 2015 12:45
Atletik - İnter matçının başlama saatı açıqlandı
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubu ilə Bakı "İnter"i arasında keçiriləcək ilk oyunun vaxtı açıqlanıb. Azerisport.az xəbər verir ki, sözügedən görüş iyulun 30-da Bilbaoda baş tutacaq.
"San Mames" stadionunda keçiriləcək oyunun başlama saatı da məlumdur. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
