24 iyul 2015 12:30
Elşən Abdullayev: Kəpəzlə oyunadək tam hazır olmağa çalışırıq
“Neftçi”nin yarımmüdafiəçisi Elşən Abdullayev klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, “Alanyaspor”la yoxlama oyunu (1:1) haqda fikirlərini bölüşüb:
“Fikrimcə, oyunumuz pis alınmadı. Düzdür, görüş heç-heçə qurtardı, amma yoxlama oyunlarında nəticə önəmli deyil. Komanda daha çox gənclərdən təşkil olunub və baş məşqçimiz bütün ehtiyat futbolçuları sınadı. Çalışırıq “Kəpəz”lə oyunadək tam hazır olaq”.
