24 iyul 2015 12:15

Mirhüseyn Seyidov: İnter Atletikə də gücünü göstərə bilər

"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyordur" klubuna qarşı cavab oyunundan (2:2, ilk oyun 2:1) sonra azerisport.az saytına müsahibə verib.

- Oyun barədə nə deyə bilərsiniz?
- Səfərdə qələbə qazansaq da, cavab matçının çətin keçəcəyini bilirdik. Rəqib fiziki cəhətdən çox güclü idi və uzun ötürmələrdə, ikinci mərtəbədə təhlükəli olurdu. Ola bilsin ki, səfər qələbəmiz müəyyən əminlik yaratmışdı. Üstəlik, mərhələ adlayacağımız halda İspaniyanın "Atletik" klubu ilə qarşılaşacağımız da bəlli idi. Cavab oyununda qələbə qazana bilməsək də, növbəti mərhələyə adladıq. Klubun üzləşdiyi belə çətin bir vəziyyətdə iki mərhələ adlamağımız çox yaxşıdır.

- "İnter"in ikinci hissəyə rəqibdən gec çıxmasına nə səbəb oldu?
- Belə hallar olur. Əsas odur ki, komandamız fasilədən sonra buraxılan qollardan sınmadı. Duruş gətirdik, əlavə vaxtda növbəti mərhələyə vəsiqəni təmin edən qolu da vurduq. Məncə, bu, qələbəni daha da şirinləşdirdi.

- "Hafnarfyordur"un futbolçusunun meydandan qovulmasının bu yolda həlledici olduğunu demək olar?
- Fikrimcə, hə. Çünki bu, bizə əlavə üstünlük qazandırdı. Amma qonaqlar yenə də təhlükəli idilər. Üstəlik, bizim də üzərimizdə müəyyən təzyiq var idi. Axı komandamız heç vaxt bir mövsümdə iki mərhələ keçə bilməmişdi. Xoşbəxtlikdən, bu uğursuz gedişata son qoymağı bacardıq.

- "İnter"in hər iki qolunu yerli futbolçu vurdu...
- Deməli, "İnter"də yaxşı yerli futbolçular cəmləşib.

- Növbəti mərhələdə İspaniya "Atletik"i ilə qarşılaşacaqsınız. Amma bu komandanı keçəcəyinizə çox az adam inanır. Bəs siz özünüz?
- Biz hələ böyük uğur qazanmamışqı. İlk dəfə üçüncü təsnifat mərhələsinə adlasaq da, bunu şişirtməyə ehtiyac olmadığını düşünürəm. Bu avrokubok mövsümündə daha ciddi uğurlar qazana bilərik. "Atletik" adlı-sanlı klubdur. Amma biz onlara da öz gücümüzü göstərə bilərik.

- Bunu İspaniyada etməyə çalışacaqsınız, ya Bakıda?
- Bəxt bizim tərəfimizdə olsa, İspaniyadan da yaxşı nəticə ilə qayıa bilərik. Orada böyük hesabla uduzmamaq vacibdir. Amma hətta uduzsaq da, səfərdə bir qol vurmalıyıq ki, ev oyununda nəsə etməyə şansımız qalsın.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.