24 iyul 2015 11:00

İnterlə Qəbələnin növbəti rəqiblərini yaxından tanıyaq

Azərbaycanı Avropa Liqasında təmsil edən "İnter"lə "Qəbələ" bu turnirdəki uğurlu çıxışını davam etdirir. Azerisport.az xəbər verir ki, artıq təmsilçilərimiz üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıblar.

İlk dəfə avrokuboklarda bu qədər irəli gedən hər iki klubumuzun rəqibləri də bəllidir. "İnter"i İspaniya La Liqasında çıxış edən "Atletik"lə mübarizə gözləyirsə, "Qəbələ" Kiprin "Apollon" klubu ilə qarşılaşacaq. Elə isə gəlin bu klubları daha da yaxından tanıyaq.

"Atletik"
İspaniyanın Bilbao şəhərini təmsil edən bu klub 1898-ci ildə yaradılıb və 117 yaşı var. "Atletik" Madrid "Real"ı və "Barselona" kimi İspaniyanın yüksək liqasını heç vaxt tərk etməyən üç klubdan biridir. Klubun indiki prezidenti Xosu Urrutiya, baş məşqisi isə Ernesto Valverdedir. Komanda ev oyunlarını 53 300 azarkeş tutumuna malik "San Mames" stadionunda keçirir.

Bilbao təmsilçisi ölkənin ən titullu komandalarından biri sayılır. "Atletik" 8 dəfə İspaniya çempionu olub, 7 dəfə ikinciliklə kifayətlənib. Ölkə kubokunu 24 dəfə başı üzərinə qaldırmış "İnter"in rəqibi 14 dəfə də finaldan məğlub ayrılıb. Bir dəfə İspaniya Superkubokuna sahib çıxan bu klub iki dəfə də həlledici oyunda uduzub.

"Atletik"in qitə arenasında da uğurları var. Belə ki, bilbaolular 1976/77 və 2011/12 mövsümlərində indiki Avropa Liqasının finalına çıxıblar. Amma hər iki halda komanda meydanı məğlub tərk edib.

Bu klub Avropa Liqasına La Liqanın son mövsümündə 7-ci yeri tutaraq vəsiqə qazanıb. Keçirdiyi 38 oyunda bilbaolular 15 qələbə və 10 heç-heçə ilə 55 xal toplaya biliblər. 13 dəfə məğlubiyyətlə barışan komanda öz qapısında 41 top görübsə, 42 dəfə qol sevinci yaşayıb.

Komandanın heyətində La Liqadan yaxşı tanıdığımız xeyli ulduz futbolçu çıxış edir. Bilbao təmsilçisi demək olar ki, ancaq ispaniyalı futbolçulardan təşkil olunub. Heyətdə yeganə legioner futbolçu Fransadan olan Aymerik Laportedir.

"Apollon"
Kiprin Limassol şəhərini təmsil edən bu klub 1954-cü ildə yaradılıb. "Apollon" Kiprin ən yaxşı klublarından biri hesab olunur. Klubun indiki prezidenti Nikos Kirzis, baş məşqisi isə Pedro Emanueldir. Komanda ev oyunlarını 13 331 azarkeş tutumuna malik "Tsirion" stadionunda keçirir.

Limassol təmsilçisi 3 dəfə Kipr çempionu olub, 4 dəfə gümüş medallarla kifayətlənib. Ölkə kubokunu 7 dəfə başı üzərinə qaldırmış "Qəbələ"nin rəqibi 7 dəfə də finaldan məğlub ayrılıb. "Apollon" bir dəfə Kipr Superkubokuna sahib çıxıb.

"Apollon"un qitə arenasında böyük təcrübəsi var. Belə ki, limassollular bütövlükdə 55 avrokubok matçına çıxıblar. Onların 15-də qələbə qazanıb, 10-da heç-heçə edən "Qəbələ"nin rəqibi qalan 30 görüşdə məğlubiyyətlə üzləşib.

Bu mövsüm Avropa Liqasında mübarizəyə "Qəbələ" kimi birinci təsnifat mərhələsindən başlayan "Apollon" öncə Moldovanın "Saxan" klubunu mübarizədən kənarlaşdırıb - 2:0, 2:0. İkinci təsnifat mərhələsində isə kiprlilər Litvanın "Trakay" komandasını evdə 4:0 hesabıyla məğlub edib, səfərdə qolsuz heç-heçəyə razılaşıblar.

Bu klub Avropa Liqasına Kipr çempionatının son mövsümündə 3-cü yeri tutaraq vəsiqə qazanıb. Komandanın heyətində çoxlu legioner futbolçu çıxış edir. Belə ki, Kipr klubunda Braziliyadan 5, Portuqaliyadan 4, Argentina, İspaniya, Fil Dişi Sahili, Serbiya, Albaniya, Yunanıstan, Şotlandiyadan isə 1 legioner var. Bir sözlə, komandanız cüzi hissəsini yerli oyunçular təşkil edir.

Qeyd edək ki, Avroliqanın üçüncü təsnifat mərhələsinin ilk oyunları iyulun 30-da, cavab görüşləri isə avqustun 6-da keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.