24 iyul 2015 00:50
Mirhüseyn Seyidov: Bu, bizim üçün böyük uğurdur
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyordur" klubuna qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən qarşılaşmadan (ilk oyun 2:1) sonra bunları söyləyib:
"Birinci oyunda qələbə qazansaq da, cavab görüşünün çətin keçəcəyini bilirdik. Elə də oldu. Cavab oyunu öncəsi bir qədər arxayınlaşmışdıq. Buna baxmayaraq, növbəti mərhələyə vəsiqəni təmin edə bildik. Uşaqlar sonadək mübarizə apardılar və istəyimizə çatdıq. Klubumuz ilk dəfə tarixində avrokuboklarda iki mərhələ keçdi. Bu, bizim üçün böyük uğurdur".
