24 iyul 2015 00:45
Səlahət Ağayev: Biz çox az adam inanırdı, amma...
"İnter"in qapıçısı Səlahət Ağayev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyordur" klubuna qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən qarşılaşmadan (ilk oyun 2:1) sonra bunları söyləyib:
"Biz üçüncü təsnifat mərhələsinə çıxmağa layiq idik. Baxmayaraq ki, ikinci hissənin əvvəlində kobud səhvlərə yol verməklə iki qol buraxıb vəziyyətimizi çətinləşdirdik. Xoşbəxtlikdən sonda növbəti mərhələyə vəsiqəni təmin edən qolu vurmağı bacardıq. Bizə çox az adam güvənirdi. Amma artıq üçüncü təsnifat mərhələsindəyik".
