24 iyul 2015 00:30
Tale Heydərov: Qəbələ Çukariçkidən daha yaxşı oynadı
"Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının ikinci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:0 hesabıyla qalib gəldiyi qarşılaşmadan (ilk oyun 0:1) sonra bunları söyləyib:
"Komanda müəyyən səhvlərə yol verdi. Bu da başadüşüləndir. Çünki heyətdə bir neçə yeni futbolçu var. Hesab edirəm ki, onlara vaxt lazımdır. Onlar nə qədər çox oynasalar, kollektiv olaraq daha yaxşı təsir bağışlayacaqlar. Biz bu gün "Çukariçki"dən daha yaxşı oynadıq".
