24 iyul 2015 00:25
Heymir Qudyonsson: İnterin futbolçuları vaxt öldürürdülər
İslandiyanın "Hafnarfyordur" klubunun baş məşqçisi Heymir Qudyonsson Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən qarşılaşmadan (ilk oyun 1:2) sonra bunları söyləyib:
"Biz yaxşı oynadıq. Qol buraxsaq da, uşaqlar xarakter nümayiş etdirdilər. Qırmızı vərəqə oyunumuzu korladı. Amma buna baxmayaraq, sonadək mübarizə apardıq. "İnter"in futbolçuları vaxt öldürməyə çalışırdılar. Xüsusilə də qolkiper. Ona görə də futbolçularımız bir qədər aqressiv oyun sərgilədilər. Lakin burada heç bir qeyri-peşəkarlıqdan söhbət gedə bilməz".
