24 iyul 2015 00:15
Ruslan Qurbanov: Qələbə qazanmaq üçün bəxtimiz gətirmədi
“Neftçi” PFK-nın futbolçusu Ruslan Qurbanov “Alanyaspor”la yoxlama oyunundan (1:1) sonra klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, komandasının yeganə qolunun müəllifi bunları bildirib:
“Alanyaspor”la oyun maraqlı alındı. Yaxşı oynadıq. Xüsusilə ilk hissədə çoxlu qol imkanlarımız oldu, sadəcə, bəxtimiz gətirmədi. Tədricən forma yığırıq, məşqlərdə var gücümüzlə çalışırıq. Çempionat oyunlarına hazırlaşırıq. Fikrimcə, Premyer Liqanın ilk turunun “Kəpəz”lə oyununadək hazır olacağıq”.
