24 iyul 2015 00:05
Elxan Məmmədov: Qəbələ Avroliqanın qrup mərhələsində oynamalıdır
AFFA-nın baş katibi Elxan Məmmədov "Qəbələ"nin Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Serbiyanın "Çukariçki" klubuna qarşı keçirdiyi cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, ilk oyunda 0:1 hesabıyla uduzmuş komandamızın doğma meydanda 2:0 hesabıyla qalib gəlməsinə belə münasibət bildirib:
"Qəbələ" bu gün inamlı oynadı. Ümid edək ki, komandamız oyundan-oyuna daha da yaxşı təsir bağışlayacaq. "Qəbələ" niyə də Avropa Liqasının qrup mərhələsində oynamasın? Bu gün onlar əla çıxış etdilər".
