23 iyul 2015 20:20
Marko Randjeloviç: Qəbələ ilə Bakıda oynamaq bizim üçün üstünlükdür
Serbiyanın "Çukariçki" klubunun müdafiəçisi Marko Randjeloviç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Çətin oyun olacaq. Amma mən optimistəm və üçüncü təsnifat mərhələsinə vəsiqəni məhz bizim əldə edəcəyimizə əminəm. Cavab oyunu öncəsi özümüzə inanırıq. Həm də Belqradda qələbə qazanmışıq. "Qəbələ" isə bizi doğma meydanında yox, Bakıda qəbul edəcək. Bu, bizim üçün üstünlük sayıla bilər. Baxmayaraq ki, oyun onsuz da Azərbaycanda baş tutacaq".
