23 iyul 2015 19:00
Qara Qarayev Malaqanın düşərgəsinə yollandı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və “Əlincə” klubunun üzvü Qara Qarayev İspaniyanın “Malaqa” klubunun düşərgəsində 4 aylıq təlim-məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, futbolçunun 18 yaşı tamam olduqdan sonra isə onun “Malaqa” klubu ilə müqavilə imzalaması nəzərdə tutulub.
Qeyd edək ki, toplanışın xərcləri AFFA tərəfindən ödəniləcək.
