23 iyul 2015 17:30

Qarabağ üçün 127 yaşlı qoca

Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" klubu ilə mübarizə aparacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubu ikinci təsnifat mərhələsində Çernoqoriya "Rudar"ını mübarizədən kənarlaşdırıbsa (evdə 0:0, səfərdə 1:0), Şotlandiya çempionu İslandiyanın "Styarnan" komandasını həm evdə (2:0), həm də səfərdə (4:1) məğlub edərək, mərhələ adlayıb.

Böyük tarixə malik "Seltik" 1887-ci ildə yaradılıb. 127 yaşlı qocaman klub Şotlandiyanın Qlazqo şəhərini təmsil edir. Klubun indiki prezidenti İan Bankir, baş məşqçisi isə Ronni Deyladır. Komanda ev oyunlarını doğma şəhərdə - 60 411 azarkeş tutumuna malik "Seltik Park" stadionunda keçirir.

"Reyncers"lə bərabər Şotlandiyanın iki ən nəhəng klubundan biri olan "Seltik" həm daxili, həm də xarici arenada xeyli uğurlara imza atıb. Bu komanda 46 dəfə (!) ölkə çempionu olub. 36 dəfə Şotlandiya kubokunu əldə edən komanda 15 dəfə də ölkənin Liqa Kubokuna sahib çıxıb. Bu komanda 1967-ci ildə indi UEFA Çempionlar Liqası adlanan turnirin qalibi olub. 1969/70 mövsümündə isə ÇL-in finalında məğlub olaraq, gümüş medallarla kifayətlənib. "Seltik" 2002/03 mövsümündə Avropa Liqasının da finalına çıxıb, lakin həlledici görüşdə məğlub olub. Bir sözlə, Şotlandiya nəhənginin uğurları saymaqla qurtaran deyil.

Bu klub ÇL-in yeni mövsümünə də məhz son ölkə çempionu kimi vəsiqə qazanıb. Mövsüm ərzində keçirdiyi 38 oyunda hamıdan çox - 29 qələbə qazanan komanda 5 dəfə heç-heçəyə razılaşıb, cəmi 4 dəfə meydanı məğlub tərk edib. Rəqib qapılarından 84 (!) top keçirən qlazqolular özləri cəmi 17 dəfə məyus olublar ki, bu göstəricilər digər klublarınkından kifayət qədər çox fərlqlənir. Məsələn, digər 11 klubdan heç biri 60 qol həddinə çatmayıb. Buraxılan qolların sayına görə isə ən yaxın göstəriciyə malik olan qapısında 33 top görmüş "Aberdin"dir.

"Qarabağ"ın rəqibinin heyətində Honduras, Nigeriya, Hollandiya, İsrail, Türkiyə, İrlandiya, Serbiya, Avstraliya, Belçika, İsveçrə, İsveç, Norveç, İtaliya, İngiltərə kimi ölkələrdən xeyli legioner çıxış edir.

Qeyd edək ki, "Qarabağ"la "Seltik" arasındakı ilk oyun iyulun 29-da Qlazqoda, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.