23 iyul 2015 17:00
Millimizin sabiq üzvü: Ola bilər ki, karyeramı başa vurum
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanov futbolçu karyerasını başa vurmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, "Sumqayıt" onu daha bir mövsüm heyətində saxlamaq istəsə də, tərəflər razılığa gələ bilməyiblər.
Futbolçu saytımıza açıqlamasında bunları söyləyib: "Hazırda Ukraynadayam. Nə deyə bilərəm ki? Yəqin ki, karyeramı başa vuracağam. "Sumqayıt"la danışıq aparsaq da, ortaq məxrəcə gələ bilmədik. Halbuki, mən "Sumqayıt"a qarşıdakı mövsümdə də kömək etmək istəyirdim. Hazırda isə çətin vəziyyət yaranıb. Bir qədər cavan olsaydım, bəlkə də "Sumqayıt"ın təklifini qəbul edərdim. Komandaya uğurlar arzulayıram".
