23 iyul 2015 16:40
Qəbələnin oyununa 4500 bilet satılıb
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Serbiyanın "Çukariçki" klubu arasındakı cavab matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi bu oyun üçün 10 200 bilet satışa çıxarmışdı.
Klubdan aldığımız məlumata görə, artıq biletlərin 4500-ü satılıb. Oyun saatına qədər bu göstəricinin daha da artması istisna deyil.
Qeyd edək ki, "Qəbələ" - "Çukariçki" matçı "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da start götürəcək.
