23 iyul 2015 16:00

Tahir Gözəl: Seltiklə oyun hamımız üçün maraqlı çağırış olacaq

Azərbaycan çempionu "Qarabağ" dünən Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Rudar"ı Çernoqoriyada Reynaldonun vurduğu qolla 1:0 hesabıyla məğlub edərək növbəti mərhələyə yüksəldi. Azerisport.az xəbər verir ki, ardıcıl ikinci il Çempionlar Liqasında mərhələ keçən Ağdam klubu bununla ölkə futbolunda ilki bacardı.

"Qarabağ" üçüncü təsnifat mərhələsində dünyaca ünlü "Seltik"lə qarşılaşacaq. "Rudar" üzərində qələbənin Ağdamın işğal tarixinə təsadüf etməsi də "Qarabağ"ın qələbəsinə başqa rəng qatdı. Daim komandanın yanında olan, hər zaman dəstəyini nümayiş etdirən klubun vitse-prezidenti Tahir Gözəl bu önəmli hadisədən danışaraq təəssüratlarını bölüşüb:

- "Qarabağ" Azərbaycan üçün önəmli funksiya daşıyır. İşğal olunmuş torpaqları və Qarabağı heç vaxt unutmuruq. Təbii ki, torpaqlarımızın işğaldan azad olunacağına inanımımız böyükdür. Dövlətimizin həm hərbi, həm də iqtisadi gücü buna qadirdir. Biz buna inanırıq və əminik. Hazırda 1 milyon məcburi köçkünün ümididir "Qarabağ". Ağdamın işğal günü ərəfəsində "Qarabağ"ın Çempionlar Liqasında qələbə qazanması, mərəhələ adlaması məcburi köçkünlərin qəlbində belə üzücü gündə təsəllidir, ümid işığıdır. Sevinirik ki, "Qarabağ" belə bir məqamda qələbə qazanaraq xalqımızı sevindirə bildi.

- Oyundan təəssüratlarınız necə oldu? "Rudar"la oyunda komandadan məmnun qaldınızmı?
- Təbii ki, komandamın oyununu həyəcanla izlədim. Hələ Bakıdakı ilk oyundan sonra rəqibin müdafiə olunduğunu və Çernoqoriyada "Qarabağ"ın növbəti mərhələyə çıxacağına inandığımı bildirmişdim. Göründüyü kimi, komandamız oyunboyu hücumda oynadı, nəticə qazanmaq üçün əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Komandamızın məzmunlu oyununu Reynaldo vurduğu gözəl qolla  tamamladı. Braziliyalı forvard xarakter nümayiş etdirərək nə qədər önəmli oyunçu olduğunu göstərdi. Komandam ən yaxşısını nümayiş etdirərək növbəti mərhələyə yüksəlməyi haqq etdi.

- Qarşıda dünyaca ünlü "Seltik" var...
- Təbii ki, "Seltik" dünyanın ən tanınmış komandalarından biridir. "Seltik"in tarixinə nəzər saldıqda necə böyük komanda olduğunun şahidi oluruq. Son illərdə ölkəsinin dəyişməz çempionudur. Məlum olduğu kimi, ilk oyun Böyük Britaniyada – Şotlandiyada olacaq. Böyük Britaniyaya viza alınması bir qədər çətin prosesdir. Krallığın ölkəmizdəki səfirinə göstərdiyi həssaslığa görə öz təşəkkürümü bildirirəm. Qısa zamanda viza alınması üçün köməyini əsirgəmədi. "Qarabağ" daha bir dünya nəhəngini Bakıya gətirəcək. Təbii ki, mən hər zaman olduğu kimi komandama inanıram. "Qarabağ" "Seltik"ə qarşı layiq olduğu şəkildə mübarizə aparacaq. "Qarabağ"ın uğuru Azərbaycanın uğurudur. "Seltik"lə mübarizə hamımız üçün maraqlı çağırış olacaq. "Qarabağ" hər zaman öz duruşunu qoruyacaq. Nəticə nə olursa olsun, mən komandamın arxasındayam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.