23 iyul 2015 15:40
Qəbələ azarkeşlərin Bakıya gəlişi üçün avtobus təşkil etdi
"Qəbələ" bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Serbiyanın "Çukariçki" klubu ilə cavab oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, qarşılaşma Bakıda, "Bakcell Arena"da keçiriləcək.
Bu üzdən də klub rəhbərliyi Qəbələdən olan azarkeşlərin paytaxta gəlməsi üçün xüsusi avtobuslar təşkil edib. Bu avtobuslarla təxminən 500 azarkeş Bakıya gələ, eləcə də oyundan sonra geri qayıda biləcək.
Klubdan verilən məlumata görə, xeyli azarkeş də öz vəsaiti hesabına Bakıya gələcək.
Qeyd edək ki, bu qarşılaşma saat 21:00-da start götürəcək.
