23 iyul 2015 23:30

İnter Hafnarfyordur səddini çətinliklə də olsa, keçə bildi

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "İnter" də növbəti sınağına çıxıb.

Premyer Liqanın son mövsümünün gümüş mükafatçısı Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Paytaxt klubu Albaniya "Laçi"sini çətinliklə də olsa (səfərdə 1:1, evdə 0:0), mübarizədən kənarlaşdırmışdı.

"İnter" bu mərhələdə daha güclü İslandiya "Hafnarfyordur"u ilə mübarizə aparırdı. Səfərdə keçirilmiş ilk oyunda 2:1 hesabıyla üstün olmuş bakılıların mərhələ keçmək şansı kifayət qədər yüksək idi. Sadəcə, bunun üçün ev oyununda ən azı uduzmamaq yetərliydi. Əks halda bu, bağışlanmaz olacaqdı. Qarşılaşmada hesabı ilk yarının sonlarında məhz "İnter" açsa da, islandlar fasilədən sonra qısa müddət ərzində önə keçməyə nail oldular. Qalan vaxt ərzində hesab dəyişmədiyindən, əlavə vaxt təyin olundu. Əlavə vaxtın ilk dəqiqəsindəcə matçda tarazlıq yaradan bakılılar ümumi hesabda önə keçdiyindən, üçüncü təsnifat mərhələsinə də məhz "İnter" vəsiqə qazandı.

Avropa Liqası
İkinci təsnifat mərhələsi
(cavab oyunu)
23 iyul

"İnter" - "Hafnarfyordur" - 2:2
Qollar: A.Hüseynov, 45+1 (1:0). T.Valdimarsson, 47 (1:1). K.F.Finnboqason, 52 (1:2). R.Əliyev, 91 (2:2).
Sarı vərəqə: K.F.Finnboqason, 40. K.F.Finnboqason, 56. C.Consson, 56. E.Palsson, 79. T.Valdimarsson, 84. P.Vidarsson, 90+2. R.Əliyev, 101. S.Ağayev, 113.
Qırmızı vərəqə: K.F.Finnboqason, 56.
Baş hakim: Yaroslav Kozık (Ukrayna)
Bakı. “İnter Arena”.
İlk oyun – 2:1.

"İnter": 25. Səlahət Ağayev (k), 3. Xuanfran, 4. Laşa Kasradze, 14. Zurab Xizanişvili, 30. Abbas Hüseynov (22. İlkin Qırtımov, 87), 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 19. Mirhüseyn Seyidov (15. Stepan Polyak, 72), 24. Fuad Bayramov, 11. Rauf Əliyev, 23. Dieqo Martins (13. Mirsahib Abbasov, 55).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Denis Silva, 10. Elnur Abdullayev, 45. İlkin Sadıqov.
Baş məşqçi: Zaur Svanadze.
"Hafnarfyordur": 12. Kristyan Finnboqason, 4. Sam Tillen (21. Bodvar Bodvarsson, 78), 5. Petur Vidarsson, 20. Kassım Dumbiya, 26. Conatan Hendriks, 8. Emil Palsson, 9. Thorarinn Valdimarsson, 10. David Vidarsson (k), 13. Byarni Vidarsson (18. Kristyan Floki Finnboqason, 38), 22. Jeremi Servi, 11. Atli Qudnason (23. Brinyar Qudmondsson, 97).
Ehtiyat oyunçular: 15. Qudmann Thorisson, 16. Con Consson.
Baş məşqçi: Heymir Qudyonsson.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.