Qəbələ Çukariçki səddini 2 qolla keçdi
Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qəbələ" də növbəti sınağına çıxıb.
Premyer Liqanın son mövsümünün bürünc mükafatçısı Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Qəbələ klubu Tiflis "Dinamo"suna (Gürcüstan) səfərdə 1:2 hesabıyla uduzsa da, evdə 2:0 hesabıyla qalib gələrək, mərhələ keçmişdi.
"Qəbələ" ilk dəfə vəsiqə qazandığı Avroliqanın ikinci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" komandasına qarşı mübarizə aparırdı. Roman Qriqorçukun komandası səfərdə bu rəqibinə 0:1 hesabıyla uduzmuşdu. Amma ev oyununda ən azı iki top fərqi ilə qalib gəlməklə mərhələ keçmək mümkün idi. Bölgə təmsilçisi də məhz bu vəzifənin öhdəsindən gəlib və yenə ev oyunundakı 2:0 hesablı qələbə sayəsində adını Avroliqanın üçüncü təsnifat mərhələsinə yazdırıb.
Avropa Liqası
İkinci təsnifat mərhələsi (cavab oyunları)
23 iyul
“Qəbələ” – “Çukariçki” - 2:0 (1:0)
Qollar: S.Zenyov, 39 (1:0). S.Zenyov, 53 (2:0).
Sarı vərəqə: Rafael, 67. S.Zenyov, 81. L.Pyasentin, 90+3. A.Qay, 90+4.
Baş hakim: Radek Prihoda (Çexiya)
Bakı. “Bakcell Arena”.
İlk oyun – 0:1.
"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 44. Rafael, 6. Rəşad Sadiqov, 14. Cavi Hüseynov (k), 19. Aleksey Qay, 66. Samir Zərgərov (21. Arif Daşdəmirov, 70), 9. Sergey Zenyov, 69. Aleksey Antonov (10. Dodo, 90).
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 8. Məhəmməd Mirzəbəyov, 13. Murad Musayev, 4. Elvin Camalov, 11. Asif Məmmmədov.
Baş məşqçi: Roman Qriqorçuk.
"Çukariçki": 12. Nemanya Stevanoviç, 4. Lukas Pyasentin, 22. Filip Stoykoviç, 23. Boyan Ostoyiç, 31. Rayko Brejançiç (k), 6. Draqolyub Srniç (20. Reqan Obenq, 55), 8. Branislav Yankoviç (10. İqor Matiç, 76), 24. Petar Boyiç, 9. Nikola Stoilykoviç, 11. Andriya Pavloviç, 14. Slavolyub Srniç (7. Stanişa Mandiç, 81).
Ehtiyat oyunçular: 1. Nikola Petriç, 5. Marko Randjeloviç, 19. Saşa Yovanoviç, 30. Nenad Mirosavlyeviç.
Baş məşqçi: Vladan Miloyeviç.
