23 iyul 2015 12:15
İbrahim Şehiç: Rudara qol vurmaq üçün çox çalışdıq
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriyanın "Rudar" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Biz "Rudar"ın bu qədər yaxşı və yöndəmsiz rəqib olduğunu gözləmirdik. Bu komandaya qol vurmaq üçün çox çalışdıq. Əsas odur ki, vəzifəmizin öhdəsindən gəldik. Artıq səbrsizliklə "Seltik"lə oyunları gözləyirik. "Rudar"a isə yeni mövsümdə uğurlar arzulayıram. Onlara yenidən çempion olmağı və avrokuboklarda oynamağı arzulayıram".
