23 iyul 2015 11:15
Qarabağ Bakıya qayıtdı
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Rudar"ının qonağı olan Azərbaycan çempionu "Qarabağ" ötən gecə oyundan dərhal sonra Petrovaçı tərk edib. Azerisport.az xəbər verir ki, komandamız elə gecə saatlarında Bakıya qayıdıb.
Qurban Qurbanov bu gün futbolçulara istirahət verəcək. Sabahdan etibarən isə ağdamlılar Şotlandiya "Seltik"i ilə oyunların hazırlığına start verəcək.
