23 iyul 2015 10:45
Mirko Mariç: Qarabağın 40 milyon avroluq büdcəsi var
Çernoqoriyanın "Rudar" klubunun baş məşqçisi Mirko Mariç UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları (ilk oyun 0:0) görüşlə bağlı bunları söyləyib:
"Futbolçularımızı göstərdikləri oyuna görə təbrik edirəm. Amma Avropada buraxılan bircə səhvə görə də səni bağışlamırlar. Biz uğur qazanmağa çox yaxın idik. Eyni zamanda da uzaq olduğumuzu demək olar. "Qarabağ" güclü komandadır. 40 milyon avroluq büdcəsi var. Fikrimcə, yaxşı oyun sərgilədik. Bir daha təkrar edirəm ki, belə oyunlarda bir səhv hər şeyi həll edir".
