Vladan Miloyeviç: Cavab oyununda fərqli oynayacağıq
Serbiyanın "Çukariçki" klubunun baş məşqçisi Vladan Miloyeviç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Belqraddakı oyunda qələbə qazansaq da, cavab görüşü tam fərqli keçəcək. "Qəbələ" haqda danışmaq istəmirəm. Sadəcə, rəqibin baş məşqçisi Roman Qriqoruçukun böyük istedad olduğunu deyərdim. Daha çox öz oyunumuz haqda düşünməliyik. Tam fərqli oynayacağıq. Öz gücümüzə inanırıq. İlk oyundan sonra rəqibi daha çox tanıyırıq.
Qriqorçuk cütün taleyinə əsas vaxtda aydınlıq gətirəcəklərini deyir? Mən doğrudan da şadam ki, o, komandasına bu dərəcədə inanır. Amma indidən nəyin necə nəticələnəcəyini demək çətindir. İstənilən halda bura uduzmamağa gəlmişik. Hər şeyi oyun özü göstərəcək".
