22 iyul 2015 21:00
İqor Matiç: Sabah bizə daha çətin olacaq
Serbiyanın "Çukariçki" klubunun kapitanı İqor Matiç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Sabah tam fərqli oyun olacaq. "Qəbələ" güclü komandadır. Heyətində qiymətli futbolçular var. Əlbəttə, ilk oyunda onların bizə qarşı necə mübarizə aparacağını bilmirdik. Amma sabah işimizin Belqraddakı ilə müqayisədə daha çox olacağını bilirik. Mən Azərbaycanda 13-14 il əvvəl olmuşdum. O vaxt sizdə hər şey fərqli idi. Azərbaycan futboluna yatırılan pullar göz önündədir".
