Radule Jivkoviç: Qarabağ yenə favoritdir, amma...
Çernoqoriyanın "Rudar" klubunun müdafiəçisi Radule Jivkoviç UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizi nə qədər çətin oyun gözlədiyini bilirik. İnanıram ki, emosiyalarımıza sahib çıxa və daha bir yaxşı oyun göstərə biləcəyik. Yenə də ilk oyundakı kimi intizamlı futbol sərgiləsək, müsbət nəticəyə imza ata bilərik. İlk dəfə üçüncü təsnifat mərhələsinə vəsiqə qazana bilərik. Güclü rəqibə qarşı oynayacağımızı bilirik. Bunu unutmuruq. "Qarabağ" cütün favoritidir. Amma futbolda öncədən heç nə demək olmaz. Hər şeyi meydanda göstərməliyik. "Qarabağ" sürətli futbolçularının sayəsində bizi sıxışdırmağa və erkən qol vurmağa çalışacaq. Bakıda buna nail ola bilmədilər. Ona görə bu baxımdan üstünlüyümüz var. Çünki bu dəfə Petrovaçda oynayacağıq. İnanıram ki, bu dəfə qol vurmaq üçün daha çox şans qazanacağıq".
