22 iyul 2015 19:00
Zaur Svanadze: İnkişaf hiss olunur
"İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyordur" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Jurnalistləri bayram münasibətilə təbrik edirəm. Matça adi qaydada hazırlaşırıq. Heyətdə zədəli futbolçumuz yoxdur. Çətin görüş olacaq. Müdafiədə oturmaq barədə düşünmürük. Səhv etməyəcəyimizə zəmanət verə bilmərəm. Çünki bu, futboldur. Albaniya "Laçi"si ilə oyunlarda qol vəziyyətlərindən yararlanmaqla bağlı problem var idi. Biz bunun üzərində çalışmışıq. İnkişaf hiss olunur".
