22 iyul 2015 17:40
Azərbaycanlı futbolçu Almaniya klubu ilə müqavilə bağladı
Azərbaycanın “Şahdağ” klubunda çıxış edən və bir müddət azad agent qismində qalmış 22 yaşlı Timur Vəlixanov karyerasını Almaniyada davam etdirəcək. Azerisport.az xəbər verir ki, o, bu ölkənin 5-ci divizionunda oynayan “Germani Şnelsen” klubunun şərəfini qoruyacaq. Futbolçumuz yeni klubu ilə 6 aylıq müqavilə imzalayıb.
