22 iyul 2015 17:20
Çukariçki Azərbaycana gəldi
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"nin qonağı olacaq Serbiyanın "Çukariçki" klubu Bakıya gəlib. Azerisport.az xəbər verir ki, öz meydanındakı ilk oyunda 1:0 hesabıyla qalib gəlmiş sözügedən komanda bu gün cavab matçının keçiriləcəyi "Bakcell Arena"da son məşqə çıxacaq.
Qeyd edək ki, Serbiya klubu ilə bərabər Azərbaycana 12 jurnalist də təşrif buyurub.
"Qəbələ" - "Çukariçki" sabah keçiriləcək və saat 21:00-da start götürəcək.
