22 iyul 2015 17:00
Andriya Pavloviç: Qəbələdən çəkinməyə dəyməz
Serbiyanın "Çukariçki" klubunun hücumçusu Andriya Pavloviç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İlk oyunun nəticəsi (1:0) bizə arxayınlaşmağa əsas vermir. Rəqibdən çox çəkinməyə də ehtiyac yoxdur. Gözəl kollektivimiz var. Komandamızın üzvləri nəyi necə etmək lazım olduğunu yaxşı bilir. Klubumuz hər gün daha da inkişaf edir. Rəqibin büdcəsinə, milli çempionatdakı mövqeyinə baxmayaraq, bizim ehtiyatlanacağımız heç nə yoxdur".
