22 iyul 2015 15:40

Neftçi rəhbərliyi 17 yaşlı futbolçularla görüş keçirdi

“Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov bu gün klubun U-17 komandasının üzvləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, tədbir yeni mövsümə hazırlığını davam etdirən baş məşqçi Elşad Əhmədovun yetirmələrinin səhər məşqindən sonra baş tutub.

Görüşdə çıxış edən Elnur Məmmədov əsas məqsədin gələn il 17 yaşadək komandalar arasında Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın U-17 milli komandasının heyətinə düşmək olduğunu bildirib:

“2012-ci ildə 17 yaşadək qızlardan ibarət yığmamız dünya çempionatının final mərhələsində mübarizə aparıb, indi isə 17 yaşadək oğlan futbolçulardan ibarət milli komandamız ilk dəfə olaraq Avropa çempionatının final mərhələsində iştirak edəcək. Bu cür mötəbər turnirlərdə Avropanın, demək olar, bütün top klublarının seleksiyaçılarının gözü final mərhələlərində iştirak edən futbolçularda olur. Yəni siz futbolçular üçün böyük şans yaranıb. U-17 millimizin heyətinə düşməklə həm Azərbaycan futboluna fayda verərsiniz, həm də əcnəbi skautların diqqətini cəlb etməklə daha da uğurlu karyera qurmuş olarsınız. Bunları nəzərə alaraq, sentyabr ayından sizin üçün ingilis dili kursları təşkil edəcəyik”.

Buna görə də 17 yaşlıların üzərinə böyük bir məsuliyyət düşdüyünü vurğulayan Elnur Məmmədov hazırlıq prosesinin gedişatı ilə yaxından tanış olaraq U-17 üzvlərinin hər birinə yeni mövsümdə uğurlar arzulayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.