22 iyul 2015 15:20

Əmrah Çəlikəl: Qarabağın səfərdə uğurlu nəticə qazanacağına inanırıq

"Qarabağ"ın idman direktoru Əmrah Çəlikəl Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Rudar"la (Çernoqoriya) cavab görüşü ərəfəsində azerisport.az saytının suallarına cavab verib.

- Cavab oyunu ərəfəsində düşərgədə vəziyyət necədir?
- "Qarabağ" bütövlüklə "Rudar"la cavab oyununa hazırdır. Matçın məsuliyyətini başa düşürük. Bu mənada komandamız məqsədinə çatmaq üçün sona qədər mübarizə aparmaq istəyir. İlk oyundan sonra səfərdə qol vurmağımız vacibdir. "Qarabağ"a inanırıq və azarkeşləri sevindirəcəyinə güvənirik.

- Sizcə, niyə "Qarabağ" ilk oyunda qələbə qazana bilmədi?
- Bilirsiniz, komandamız hər zaman sabit oyunu ilə seçilib. Ev oyununda yaxşı təsir bağışladıq. Sadəcə, qol vura bilmədik. Doğma meydanda edə bilmədiyimizi səfərdə reallaşdırmalıyıq. Bu gün biz cavab görüşü haqda düşünməliyik. Səhvsiz oyunla lazımi nəticəni qazanmaq vacibdir.

- Azərbaycan çempionu yəqin ki, matçın nəticəsini 90 dəqiqə ərzində həll etməyə çalışacaq...
- Oyun barədə baş məşqçinin tapşırıqları var. Futbolçular həmin tapşırığı yerinə yetirməyə çalışacaq. Bu gün qələbə komandamız üçün çox vacibdir. Futbolçuların sona qədər mübarizə aparacağına əminik. 90 dəqiqədə növbəti mərhələyə vəsiqə qazanmaq daha yaxşı olardı. "Qarabağ" nə qədər lazımdır, o qədər mübarizə aparmağa hazırdır.

- "Rudar" düşündüyümüzdən daha yaxşı oyun sərgilədi. Ola bilərmi ki, ilk oyunda "Qarabağ"ı yaxşı təhlil etmişdi...
- Müasir futbolda komandalar bir-birinin oyununu təhlil edir. Sözsüz, rəqib bizə qarşı yaxşı hazırlaşmışdı. "Qarabağ" haqda ötən mövsümki çıxışdan sonra hamı məlumatlıdır. Çernoqoriya çempionu kifayət qədər yaxşı komandadır. Bu mənada qətiyyən arxayınlaşmaq olmaz. Hər bir rəqibə hörmətlə yanaşmalıyıq. Gərək, sözünü meydanda deyəsən.

- Razısınız ki, səfər matçı daha çətin olacaq?
- Doğma meydanda qol vursaydıq, bir qədər rahat oynamaq olardı. Rəqib səfərdə qolsuz bərabərlik əldə etdiyindən şanslar bərabərdir. Evdə 0:0 hesabından sonra səfərdə oynamaq asan deyil. Razıyam ki, səfər görüşü daha çətin olacaq. Amma "Qarabağ" bu çətinliyin öhdəsindən gəlməyə qadirdir.

- "Qarabağ" bu mərhələni keçəcəyi halda "Seltik"lə (Şotlandiya) qarşılaşacaq. Demək olar ki, komandanın bəxti yenə gətirmədi?
- Hazırda bütün fikrimiz "Rudar"la cavab görüşünə yönəlib. Bu mənada "Seltik" haqda düşünmürük. Həmin oyun haqda danışmaq düzgün olmaz. "Qarabağ" növbəti mərhələyə vəsiqə qazanandan sonra biz üçüncü təsnifat mərhələsi haqda danışa bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.