22 iyul 2015 15:00
Yaşar Seyidov: DÇ-2012 Azərbaycanda yox, Macarıstanda keçirilə bilərdi
"Bakı"nın icraçı direktoru Yaşar Seyidov bəyan edib ki, Hafiz Məmmədov olmasaymış, 2012-ci ildə Azərbaycanda təşkil olunan 17 yaşadək qızlar arasındakı dünya çempionatının final mərhələsi Macarıstana verilə bilərmiş. Azerisport.az sizi həmin fikirlərlə tanış edir.
"DÇ-201 Azərbaycanda keçirilməyə də bilərdi. Həmin vaxt komandaların gündəlik məşq etməsi üçün lazımi meydançalar yox idi. Buna görə turnir Macarıstana verilə bilərdi. Amma o zaman Hafiz Məmmədov Hollandiyadan xüsusi qazon gətirilməsi üçün 32 maşın sifariş etdi. FİFA meydançaların keyfiyyətini yoxladıqdan sonra çempionatın Azərbaycanda keçirilməsinə icazə verdi".
