22 iyul 2015 13:30
Milinko Pantiç Azərbaycana niyə gəlir?
"Bakı"nın sabiq baş məşqçisi Milinko Pantiç yaxın günlərdə Azərbaycana gələcək. Azerisport.az xəbər verir ki, serbiyalı mütəxəssisin ölkəmizə səfəri "Bakı" ilə İspaniyanın "Atletiko" (Madrid) klubları arasındakı münasibətləri daha da inkişaf etdirmək məqsədi daşıyır.
Belə ki, İspaniya klubu ölkəmizdə uşaq futbolçular üçün məşq prosesi təşkil edəcək. Həmin məşqlərdə özünü yaxşı tərəfdən göstərəcək perpektivli futbolçuların bir qrupu "Atletiko"ya, digər bir qrupu isə Fransanın "Lans" klubunun düşərgəsinə yollanacaq. Onlar sözügedən klubların bazasında uzun müddət futbolun sirlərinə yiyələnmək şansı qazanacaqlar.
