22 iyul 2015 13:00
Emin Quliyevin Rəvandakı köməkçiləri bəlli oldu
“Rəvan”ın əsas komandasının yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, kollektiv milli komandamızın sabiq futbolçusu Emin Quliyevə həvalə olunub.
Artıq 38 yaşlı mütəxəssisin köməkçiləri də bəllidir. Ona Rövşən Babayevlə Rauf Mehdiyev yardım edəcəklər.
Qeyd edək ki, yeni məşqçilər korpusunun hər bir üzvü ilə 1 illik müqavilə bağlanılıb.
