22 iyul 2015 12:00

Mirko Mariç: Qarabağın qol vurmayacağını gözləməyə dəyməz

Çernoqoriyanın "Rudar" klubunun baş məşqçisi Mirko Mariç UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, Petrovaçda baş tutacaq oyun öncəsi bunları söyləyib:

"Bilirəm ki, Bakıdakı heç-heçə çoxunu təəccübləndirdi. Belə bir rəqibə qarşı bu cür nəticə çox yaxşıdır. Amma "Qarabağ" yenə də favoritdir. İlk oyundakı sərfəli nəticəyə baxmayaraq, cavab görüşündə də öz planlarımıza uyğun oynayacağıq".

"Cavab matçının da qolsuz bitməsi ehtimalı azdır. "Qarabağ"ın səfərdə də qol vurmayacağını gözləmək çətindir. Bu komanda toplanış müddətində güclü klublara qarşı yoxlama oyunları keçirib. Həmin komandalara da ən azı bir qol vurmuşdu".

"Biz yenə öz oyun üslubumuzdan yararlanmağa çalışacağıq. Amma hücumlar zamanı qapıya dəqiq zərbə vurmalıyıq. Ən əsası isə Bakıdakı ilə müqayisədə daha yaxşı oyun sərgiləməliyik. Ağıllı və səbrli olmaq lazımdır. Erkən qol buraxmaq heç də yerinə düşməyəcək. Əks halda bizə çox çətin olar. Çünki belə olan halda biz rəqib üçün daha çox boşluqlar buraxacağıq. "Rudar" favorit deyil. Komandamızın üzərində təzyiq də yoxdur. Amma "Qarabağ"ın üzərində təzyiq olduğunu demək olar. Çünki hər kəs bu klubun cütün taleyini elə ilk oyunda həll edəcəyini gözləyirdi".

Mariç əlavə vaxtın mümkünlüyünə də toxunub: "Gəlin öncə 90 dəqiqə barədə düşünək. Lazım gələcəyi halda əlavə vaxt barədə də düşünmək olar. Hətta penaltilərə hazırlaşdığımızı soruşanlar da var. Amma buna hələ çox var".

"Qarabağ" 30 min azarkeş qarşısında oynamağa alışıb. Təbii ki, bizim arenamızda Bakıdakı kimi atmosfer olmayacaq. Amma bu, rəqibə heç bir mənfi təsir göstərməyəcək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.