22 iyul 2015 11:45
Yunis Hüseynov Kayserispor ilə oyunu şərh etdi
"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Türkiyənin "Kayserispor" klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan görüşlə bağlı bunları söyləyib:
"Birinci hissə bizim üçün vacib idi. Biz uğurlu toplanış keçiririk. Uşaqlar bu oyunda da özlərini yaxşı tərəfdən göstərməyi bacardılar".
