23 iyul 2015 01:30

Qarabağ Rudara səfərdə qalib gəlib, mərhələ adladı

UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində bu mövsüm yenə son ölkə çempionu "Qarabağ" təmsil edir.

Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Çernoqoriya "Rudar"ı idi.

Bakıdakı oyunda bu rəqinin müqavimətini qıra bilməyən Qurban Qurbanovun komandası növbəti mərhələyə vəsiqənin taleyinə cavab görüşündə həll etmək məcburiyyətində qalmışdı. Petrovaçdakı görüşdə də uzun müddət qapılara yol tapılmayıb. Amma 57-ci dəqiqədə Reynaldonun vurduğu top bu görüşdə yeganə qol olub və Ağdam klubu minimal hesablı qələbə sayəsində mərhələ adlayıb.

Çempionlar Liqası
İkinci təsnifat mərhələsi
(cavab oyunu)
22 iyul

"Rudar" - "Qarabağ" - 0:1 (0:0)
Qol: Reynaldo, 57 (0:1).
Sarı vərəqə: N.Vlahoviç, 44. İ.Knejeviç, 54. R.Jivkoviç, 64.
Baş hakim: Georgi Kabakov (Bolqarıstan).
Petrovaç. "Pod Malim Brdom" stadionu.

"Rudar": 1. Miloş Radanoviç, 3. Dyordye Dyuriç, 11. Duşan Nesteroviç, 15. Radule Jivkoviç, 16. Miroye Yovanoviç (2. Alfonse Soppo, 82), 17. Mikro Radişiç, 9. İvan Knejeviç, 14. Predraq Brnoviç, 20. Nedelyko Vlahoviç (k), 8. Marko Vukoviç (18. Stevan Relyiç, 78), 10. İqor İvanoviç.
Ehtiyat oyunçular: 12. Marko Lazareviç, 4. Vladan Qordiç, 7. Jeliko Tomaşeviç, 13. Miliya Qoluboviç, 6. Deyan Damyanoviç.
Baş məşqçi: Mirko Mariç.
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli (18. İlqar Qurbanov, 64), 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana, 20. Riçard Almeyda, 67. Alharbi Əl Jadeyui (77. Cavid Tağıyev, 56), 91. Coşqun Diniyev (11. Elvin Məmmədov, 79).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 29. Raydell Pupon.
Baş məşqçi: Qurban Qurbanov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.