22 iyul 2015 00:20
Miloyeviç: Qəbələ aqressiv oynayacaq, amma biz oyun stilimizi dəyişməyəcəyik
Serbiyanın "Çukariçki" klubunun baş məşqçisi Vladan Miloyeviç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qəbələ" ciddi rəqibdir. Onlar "Qarabağ"la Azərbaycan çempionu titulu uğrunda mübarizə aparmağa hazırlaşırlar. İlk oyunda yaxşı nəticə qazandıq. Amma indi bu barədə düşünməməliyik. Bu hesab bizim cavab qarşılaşmasındakı oyunumuza təsir etməməlidir. "Qəbələ" qol vurmağa çalışacaq. Deməli, aqressiv oyuna üstünlük verəcəklər. Lakin biz buna görə öz oyun üslubumuzu dəyişmək fikrində deyilik. Mən hazırda rəqibdən daha çox öz oyunumuz haqda düşünürəm".
