22 iyul 2015 00:15
Kəpəz Türkiyədə qələbə qazandı
Yeni mövsümə Türkiyədə hazırlaşan "Kəpəz" Ərzurum toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Gəncə klubu PTT 1-ci liqada çıxış edən "1461 Trabzon"la qarşılaşıb.
Matç Şahin Diniyevin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Kəpəz" növbəti yoxlama oyunlarını iyulun 23 və 25-də keçirəcək.
