22 iyul 2015 00:10

Qarabağın ÇL macərası davam edəcəkmi?

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində bu mövsüm yenə son ölkə çempionu "Qarabağ" təmsil edir.

Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Çernoqoriya "Rudar"ıdır. "Qarabağ"ın rəqibi ölkəsinin Plevlya şəhərini təmsil edir. 95 yaşlı klub 1920-ci ildə yaradılıb. Komanda ev oyunlarını 10 000 azarkeş tutumu olan "Qradski" stadionunda keçirir. Ağdam klubunun rəqibi cəmi iki dəfə (2009/10, 2014/15) Çernoqoriya çempionu olub. Üç dəfə isə komandaya ölkə kubokunu qazanmaq nəsib olub - 2006/07, 2009/10, 2010/11.

"Rudar"ın avrokuboklarda elə də böyük təcrübəyə malik olduğunu demək olmaz. Bu komanda bütövlükdə beş dəfə qitə miqyaslı turnirdə iştirak hüququ qazanıb, həmin mövsümlərdə də 13 avrokubok matçına çıxıb. Onların yalnız 3-də qələbəyə sevinən çernoqoriyalılar 2 görüşdə də heç-heçə ediblər və qalan görüşlərdə məğlubiyyətlə üzləşiblər. Komanda iki dəfə bir mərhələ keçməyə nail olub. İlk dəfə 2010/11 mövsümündə ÇL-də San-Marino "Tre Fiori"ni keçən "Rudar" ardından Bolqarıstan "Liteks"inə uduzub. Sonuncu dəfə isə bu komanda Avroliqada Ermənistan "Mika"sını keçdiyi halda, Polşa "Şlensk"ini keçə bilməyib.

"Rudar" son mövsümdə 72 xalla ölkə çempionu olub. Çempion qızıl medalları ikinci yerdə qərarlaşmış "Sutyeska" komandasını 3 xal qabaqlamaqla qazanıb. "Rudar" son mövsümdə 33 oyunda 22 qələbə qazanıb, 6 oyunda isə heç-heçə edib. Ağdam klubunun rəqibi cəmi 5 oyunda məğlub olub. 33 oyunda rəqib qapılarına 58 dəfə yol tapan plevlyalılar öz qapısından 18 qol buraxıblar. Bu isə, son mövsümün ən yaxşı göstəricisidir (+40 top). Bir sözlə, "Qarabağ"ın rəqibi Çernoqoriyanın ən yaxşı müdafiə xəttinə malik komandası hesab oluna bilər.

Göründüyü kimi, "Qarabağ"ın ilk rəqibi elə də nəhəng təsiri bağışlamır. Bu üzdən də komandamızın "Rudar" səddini keçəcəyinə şübhə edən, demək olar ki, yoxdur. Amma təbii ki, həddən ziyadə arxayınlıq mənfi nəticələrə gətirib çıxara bilər. Necə ki, Bakıdakı görüşdə hamı darmadağın gözlədiyi halda, komandamız bu rəqibinə heç qol da vura bilmədi. Buna görə də Qurban Qurbanovun komandası cavab matçında maksimum diqqətli oynamaqla, ələ düşən qol fürsətlərini dəyərləndirməklə növbəti mərhələyə vəsiqəni təmin etməlidir. Əks halda "Qarabağ"ın bu şansı əldən qaçırması isə bağışlanmaz ola bilər. Necə ki, illər öncə "Neftçi" Avroliqanın qrup mərhələsində çıxış etdiyi halda, növbəti mövsüm ÇL-dəki ilk sınağındaca mərhələ keçə bilməyərək mübarizəni dayandırmış və buna görə uzun müddət tənqid olunmuşdu. Cari mövsümdə ən böyük ümidlər "Qarabağ"a olduğundan, yeganə çıxış yolu, komandamızın "Rudar"ı yolundan kənarlaşdırmasıdır.

Məsələ burasındadır ki, Ağdam klubu ötən il olduğu kimi, bu mövsümdə də qitə miqyaslı turnirlərdə qrup mərhələsinin iştirakçısı olmaq iddiasındadır. Komandanın belə bir uğura Çempionlar Liqasında da nail olub, tarix yazmaq şansı var. Amma bu, çox çətin olsa da, ən azı Avroliqanın qrup mərhələsinə düşmək mümkündür. Bu mənada komandamızın ÇL-in üçüncü təsnifat mərhələsinə yüksəlməsi vacibdir.

Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan hər uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə təsirsiz ötüşmür. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 54 ölkə arasında 29-cu pillədədir və hesabında 11.625 reytinq xalı var. Bunun 1.125 xalı cari mövsümdə qazanılıb ("İnter" - 0.500, "Qəbələ" - 0.250, "Neftçi" - 0.250, "Qarabağ" 0.125 bal).

"Qarabağ" 10.825 xalla klub sıralamasında Avropanın 135-ci komandasıdır. "Rudar" isə 3.225 reytinq xalı ilə 323-cüdür.

Çempionlar Liqası
İkinci təsnifat mərhələsi
(cavab oyunu)
22 iyul

23:45. "Rudar" - "Qarabağ"
Baş hakim: Georgi Kabakov (Bolqarıstan).
Yan xətt hakimləri: Martin Marqaritov, Martin Venev (Bolqarıstan).
Dördüncü hakim: Nikolay Yordanov (Bolqarıstan).
UEFA hakim-inspektoru: Françesko Byanki (İsveçrə).
UEFA nümayəndəsi: Tuqomir Frayman (Sloveniya).
Petrovaç. "Pod Malim Brdom" stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.