21 iyul 2015 20:30
Roman Qriqorçuk: Cavab oyununda nəticə qazanmaq üçün...
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Serbiyanın "Çukariçki" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Cavab oyununda daha yaxşı çıxış edəcəyimizə çox ümidliyəm. Amma onu da başa düşürəm ki, futbolçuların biz istədiyimiz kimi oynaması üçün müəyyən vaxta ehtiyac var. Obyektiv səbəblərdən cavab oyununda heyətlə bağlı müəyyən dəyişikliklərə əl atmaq istəyirəm. Asan olmayacaq. Dəqiq bilirik ki, nəticə qazanmaq üçün ortaya yaxşı qurulmuş oyun qoymaq lazımdır. Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik".
