21 iyul 2015 20:00
Amit Quluzadə Sumqayıta keçir
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Amit Quluzadə yenidən ölkəmizə qayıdır. Azerisport.az xəbər verir ki, xavbek "Sumqayıt"la danışıq aparır.
Qeyd edək ki, Quluzadə bir neçə əcnəbi klubla danışıq aparsa da, uğursuz yekunlaşıb. Hazırda 23 yaşlı oyunçunun "Sumqayıt"a keçidi gündəmdədir.
Tərəflər razılıq əldə edə bilsələr, 23 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanacaq.
