21 iyul 2015 19:40
Toğrul Erat 90 dəqiqə oynadı
Almaniyanın "Fortuna" klubu daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Düsseldorf təmsilçisi Köln "Viktoriya"sı ilə qarşılaşıb.
Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası bu görüşdə 0:2 hesabı ilə uduzub. Erat 90 dəqiqə meydanda olub.
