21 iyul 2015 19:20
Öncə Roman Qriqorçuk, sonra Vladan Miloyeviç
İyulun 23-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda "Qəbələ" Serbiyanın "Çukariçki" komandasını qəbul edəcək. Azerisport.az xəbər verir ki, "Bakcell Arena"da baş tutacaq "Qəbələ" - "Çukariçki" matçı öncəsi baş məşqçilərin mətbuat konfransı sabah - iyulun 22-də, saat 19:30-da arenanın media zalında start götürəcək.
İlk olaraq jurnalistlərin önünə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. 20:30-da isə "Çukariçki"nin çalışdırıcısı Vladan Miloyeviç media nümayəndələrinin suallarını cavablandıracaq.
