21 iyul 2015 18:40
Pantiç Bakıya qayıda bilər
"Bakı"nın sabiq baş məşqçisi Milinko Pantiç yenidən bu komandanın sükanı arxasına keçə bilər. Azerisport.az saytına açıqlamasında bunu Yaşar Seyidov bildirib.
Onun sözlərinə görə, Pantiç tezliklə Azərbaycana səfər edəcək. O, klub prezidenti Hafiz Məmmədovla görüşəcək. Pantiçin köhnə klubunda hansı vəzifəni yerinə yetirəcəyinə məhz həmin görüşdən sonra aydınlıq gələcək. Serbiyalı mütəxəssisin yenidən komandaya baş məşqçilik etməsi istisna deyil.
