21 iyul 2015 18:00
Roman Qriqorçuk: Flaqmana qarşı oynamaq həmişə xoşdur
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan çempionatının yeni mövsümünün püşkatmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çempionatda onsuz da hər komandaya qarşı oynamalı olacağıq. Mövsümü "Qarabağ"a qarşı oyunla açmağımız çox yaxşıdır. Bizə bu komanda ilə oynamaq həmişə xoşdur. Onlar Azərbaycan futbolunun favoritidirlər. Bu klubla rəqabət aparmaq çox maraqlıdır".
