21 iyul 2015 16:30
Rəvan yeni baş məşqçini bu gün müəyyənləşdirəcək
"Rəvan"ın vitse-prezidenti İlqar Axundov komandanın Premyer Liqaya buraxılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi Premyer Liqada oynamağa dəvət etdilər. Biz də bu dəvəti qəbul etdik. Bizim Premyer Liqaya hazırlıqla bağlı problemimiz yoxdur. Ümid edirəm ki, çatdıracağıq. Komandanı formalaşdırmağa və çempionatda layiqli yer tutmağa cəhd göstərəcəyik. Bu gün axşam komandanın yeni baş məşqçisini də müəyyənləşdirəcəyik. O, yerli mütəxəssis olacaq".
