21 iyul 2015 15:30
Ramin Musayev: Simurq 1-ci divizionda oynamalıdır
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Simurq"un yeni mövsümdə birinci divizionda oynamasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Ümid edirəm ki, "Simurq" birinci divizionda oynayacaq. Çünki bu klubun futbol məktəbi, infrastrukturu var. Bu klubun divizionda oynamasına çalışacağıq".
