21 iyul 2015 14:30
Polyak: İnter islandlardann daha üstün olduğunu meydandan göstərməlidir
"İnter"in yarımmüdafiəçisi Stepan Polyak Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiya "Hafnarfyordur"u ilə cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi çox çətin oyun gözləyir. Amma ilk oyunda yaxşı nəticəyə nail olduq. Fikrimcə, komandamız rəqibdən daha üstündür. Sadəcə, bunu meydanda sübut etməliyik. Hesab edirəm ki, "İnter" növbəti mərhələyə adlayacaq".
