21 iyul 2015 14:00

Ramin Musayev: Yalnız Rəvanın elitada çıxış etməyə maddi imkanı vardı

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün təşkil olunan Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə "Simurq"un çempionatdan imtinası ilə bağlı fikirlərini bölüşüb:

"Simurq"un yaşayacağına ümidliyəm. Amma reallıq belədir ki, klubun hazırda ciddi problemləri var. Biz Zaqatala təmsilçisinin yaşamasına kömək etməyi çox istəyirdik. Amma buna maddi gücümüz çatmadı".

O, "Simurq"u elitada əvəzləməli olan "Rəvan"la da bağlı danışıb: "Fors-major vəziyyət qeydə alındı. Çünki Bakı təmsilçisi bir müddət öncə Premyer Liqa üçün lisenziya ala bilməmişdi. Hansısa klub çempionatda iştirakdan imtina edirsə, doqquz komanda ilə çempionat keçirə bilməzdik ki. "Rəvan" sağ olsun ki, elitada iştirak etməyə razılıq verdi. Onların lisenziya problemini yoluna qoymaq üçün sentyabrın sonunadək vaxtı var. Yalnız onlara müraciət etdik. Hansısa başqa klubun Premyer Liqada iştirak etməyə gücü çatırsa, bizə xəbər versin. Ancaq biz belə bir imkana yalnız "Rəvan"ın malik olduğunu bilirik".

Musayev hətta Premyer Liqa klublarının sayının 12-yə çatdırılmasının mümkünlüyünü də vurğulayıb: "Bu gün yeni mövsümün püşkü atıldı. Amma buna baxmayaraq, hansısa klub Premyer Liqada iştirak etmək istəsə, bizə müraciət edə bilər. Bunu demək asandır. Bilirik ki, buna maddi gücü yetərincə olan komandalar yoxdur".

"Çempionatın reqlamentində dəyişiklik yoxdur. Klublar yerli futbolçulara üstünlük verməyə başlayıblar. Fikrimcə, bu, Premyer Liqanın səviyyəsinin düşməsinə səbəb olmaz. Yerli kadrlara da güvənmək lazımdır. PFL-in çempionatı təşkil etdiyi bu yeddi ildə həmişə maraqlı mübarizənin şahidi olmuşuq. Başqa cür ola da bilməz".

PFL prezidenti maliyyə problemləri olan "İnter"in avrokuboklardakı çıxışına da toxunub: "İnter"də problem yoxdur. Komanda yaxşı oynayır, bizi sevindirir. Bizim borcumuz bu kluba kömək etməkdir. AFFA sağ olsun ki, komandaya köməyini əsirgəmir"

Musayev "Topaz"ın Premyer Liqadan imtina etdiyini və yeni sponsor tapılmadığını söyləyib: "Sponsor hələ yoxdur. Çempionata sponsor tapa bilmirik. İndi heç yeni sponsor axtarmırıq da".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.